Dünya şöhrətli fotojurnalist Reza Deqati Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə bağlı çəkdiyi fotoları instaqram səhifəsində paylaşıb.
AZƏRTAC xəbər verir ki, Reza Deqati paylaşımında yazıb: “2020-ci ilin oktyabrından bu günə qədər, 1992-ci ildən bəri Qarabağın işğalı dövründə baş verən dağıntıların fotoşəkillərini çəkirəm. Amma hələ yarısını belə çəkə bilməmişəm. Bu arada, demək olar ki, dərhal başlanan yenidənqurma işləri və yeni planlar bölgənin parlaq gələcəyini göstərir.
Əsas maneə, erməni qüvvələri tərəfindən qoyulan milyonlarla minalardır ki, hətta üçtərəfli müqaviləni imzaladıqdan sonra da Ermənistan hökuməti bütün beynəlxalq qanunlara zidd olaraq mülki insanların ölümünə səbəb olan və yenidənqurma işlərini gecikdirməyə gətirib çıxaran mina xəritələrini verməkdən imtina edir.
Ancaq davam edən işlər burada həqiqətən də möcüzədir və heç yerdə Füzuli hava limanı kimi, bir neçə ay ərzində tikilmir.
Buraya İlk təyyarə sentyabrın 5-də enəcək! Daha çox “Qarabağ İntibahı” hekayələri üçün səhifəni izləməyə davam edin”.