- Mədəniyyət

“Rik və Morti”nin növbəti mövsümünün premyera tarixi açıqlanıb

Məşhur “Rik və Morti” animasiya filminin 7-ci mövsümünün premyera tarixi bəlli olub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sevilən “Rik və Morti” cizgi serialı oktyabrın 15-dən etibarən yeddinci mövsümünün ilk bölümü ilə öz pərəstişkarlarını sevindirəcək.

Ekran əsərinin yaradıcılarının məlumatına görə, layihənin bütün komandasının istedadı sayəsində növbəti 10 yeni maraqlı bölüm izləyicilərin ixtiyarına veriləcək.

Qeyd edək ki, elmi-fantastik komediya olan “Rik və Morti” nəvəsini kainatda inanılmaz dərəcədə təhlükəli macəralara aparan sosiopat dahi alimdən bəhs edir.