- Cəmiyyət, Manşet

Rusiya Kiyevə kamikadze dronlarla zərbələr endirib, dərslər dayandırılıb

Ukraynanın paytaxtı Kiyev şəhərində daha iki partlayış baş verib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko bildirib.

Məlumata görə, partlayışlarla əlaqədər şəhərdəki bütün təhsil müəssisələri distant rejimə keçib.

Xatırladaq ki, Rusiya bu gün səhər saatlarında Kiyevə İran istehsallı kamikadze dronları ilə hücum edib. Paytaxtdakı bəzi infrastruktur obyektlərə ziyan dəyib. İtki barədə hələ ki, məlumat yoxdur.