- Manşet, Mədəniyyət

Səkkizinci “Muğam” Televiziya Müsabiqəsi başlayıb

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi ilə VIII “Muğam” Televiziya Müsabiqəsinə start verilib.

AZƏRTAC xəbər verir ki, müsabiqənin ilk açılış günündə böyük muğam şənliyinə tanınmış mədəniyyət və elm xadimlər, yaradıcı ziyalılar və gənclər qatılıblar.

Gecənin aparıcıları Mümtaz Xəlilzadə və Natəvan Osmanlı diqqətə çatdırıb ki, bu il 300-dən çox namizəd arasından 18 finalçı seçilib. Yarış həftədə iki dəfə – çərşənbə axşamı və cümə axşamları günləri AzTV ilə canlı yayımlanacaq. Müsabiqənin sonrakı mərhələlərini ölkənin regionlarında da keçirmək planlaşdırılır.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova