- Dil

Sitatlar

Qəzənfər KAZIMOV, professor

Öz fikrini aydınlaşdırmaq, dəqiqləşdirmək, sübuta yetirmək üçün özgə nitqindən gətirilən dəqiq çıxarışlara sitat deyilir. Sitatlardan yalnız fikri aydınlaşdırmaq və sübuta yetirmək, əsaslandırmaq üçün deyil, obrazlılıq, emosionallıq, ekspressivlik, ifadəlilik üçün də istifadə edilir. Sitat bir sözdən, söz birləşməsindən, bir cümlədən ibarət olduğu kimi, bir sintaktik bütövdən də ibarət ola bilər.

Sitatlar öz quruluşuna görə vasitəsiz nitqdən o qədər də fərqlənmir. Bədii əsərlərdəki vasitəsiz nitqdən müəyyən fikrin təsdiqi üçün seçilməsi və mənbəyinin dəqiq göstərilməsi ilə fərqlənir; məs.:

Ümumən saf satira və saf yumor yoxdur. Mütləq yumorda satira, satirada yumor çaları olur.”Ən qamçılayıcı, ən qəzəbli, ən kədərli satiranın tərkibində bir damla da olsa, zarafat olmalıdır, əks halda o, satira ola bilməz. Yumor da özlüyündə satira elementlərinə malik olur: ittiham şəklində olmasa da, hər halda, insanın güldüyü şey tənqid “edilir”. (M.Kolğüov.Pisatelğ v qazete.- M.,”Sovetskiy pisatelğ”, 1962,s.135).22

Misaldan göründüyü kimi, sitat müstəqil şəkildə işlənmişdir və müəllif nitqinin sübutu üçün olsa da, bilavasitə müəllif nitqi ilə bağlanmamış, nöqtə ilə ayrılmışdır. Lakin sitat, adətən, müəllif nitqi ilə əlaqəli verilir və bu zaman sitatdan əvvəl qoşa nöqtə qoyulur: məs.:

Ə.Dəmirçizadənin “Gülmək və şarlatanlar” məqaləsinin bir əhəmiyyəti də orasında idi ki, o, gülüş yolu ilə nöqsanların islahı məsələsini düzgün sayır və mətbuatda satiraya nihilist münasibətin olduğu dövrdə onu müdafiə edirdi:”Gülmək lazımdır. Bu haqda düşünmək, mübahisə etmək yersizdir. Çünki gülmək ən kəskin tənqid formasıdır. Gülməklə gülünc olmaqdan uzaqlaşmaq mümkündür”. (“Ədəbiyyat qəzeti”,1 mart 1935-ci il)23

Satira və yumor cəmiyyətin ümumi inkişafı, ictimai quruluş və sosial-mə’nəvi amillərlə bağlıdır. İstibdad və zülmün, hüquqsuzluq və köləliyin güclü olduğu yerlərdə sənətkarın komik idealı həqiqi satira doğurur. “Oteçestvennıe zapiski” və “Molla Nəsrəddin”, təbii ki, zəmanənin tələbləri ilə bağlı olub, şəraitin məhsulu idi. İnsanlar mə’nəvi cəhətdən tə’min edildikdə kəskin satiraya deyil, yumora ehtiyac olur: “Azad demokratik cəmiyyətdə yumor açıq və maneəsiz inkişaf edir. Azadlığın boğulduğu yerlərdə və ya düşmən tərəfindən istila edilmiş ölkələrdə komizm ən zəhərli formada – satira şəklində çıxış edir”. (E.İ.Maştakova.İz istorii satirı i ömora v tureükoy literature.-İzd.-vo “Nauka”,M.,1972,s.11)24 Sitatlı cümlələr, misallardan göründüyü kimi, iki hissədən – müəllifin sözlərindən və özgə nitqindən ibarət olur. Özgə nitqi bütöv verilmədikdə ixtisar edilən hissədə üç nöqtə qoyulur. İxtisar özgə nitqinin əvvəlində, sonunda və ya daxiılində ola bilər.

Əvvəldə: Şişirtmə bir bədiilik üsulu kimi çox qədim tarixə malikdir:”…İlk yazıçılar ilk adamları boydan uca təsvir edirdilər, onlara bizim həyatdan on dəfə artıq davam edən bir həyat bəxş edirdilər, güman edirdilər ki, qarğalar üç yüz il, marallar doqquz yüz il, nimfalar (pərilər) isə üç min il yaşayırlar. Əgər Kserks Yunanıstana girirsə, ardınca dörd milyon gedir. Əgər bir xalq döyüşdə qalib gəlirsə, o, qayda üzrə, demək olar ki, əsgər itirmir, amma saysız-hesabsız düşmən öldürür. Bəlkə elə bu mə’nada surədə deyilir: Omnis homo mendax (latınca “Bütün insanlar yalançıdır”)23

Ortada: Şişirtmə bir bədiilik üsulu kimi çox qədim tarixə malikdir: “Şişirtmək insan ağlının xüsusiyyətidir… Əgər Kserks Yunanıstana girirsə, ardınca dörd milyon gedir. Əgər bir xalq döyüşdə qalib gəlirsə, o, qayda üzrə, demək olar ki, əsgər itirmir, amma saysız-hesabsız düşmən öldürür. Bəlkə elə bu mə’nada surədə deyilir: “Omnis homo mendax” (latınca “Bütün insanlar yalançıdır”) (Volğter. Gstetika.-M.,”İskusstvo”, 1974, s.251)25

Sonda: Şişirtmə bir bədiilik üsulu kimi çox qədim tarixə malikdir:”Şişirtmə insan ağlının xüsusiyyətidir. İlk yazıçılar ilk adamları boydan uca təsvir edirdilər, onlara bizim hyatdan on dəfə artıq davam edən bir həyat bəxş edirdilər…”

Sitat gətirilən mənbəyin, müəllifin sözlərini vasitəli nitq şəklində işlətmək, onun daha kütləvi, əksəriyyətə mə’lum olan sözlərini, ifadələrini dırnaq arasında qeyd etmək də olar; məs.: Dil “ölü əsər yox, fəaliyyətdir”, “əbədi təkrar olunan qüvvədir” (V.Humbolt). Dilin fəaliyyəti isə sözьn daxilində – mə’na sistemində, onun lüğəvi, ümumdil mə’nası ilə qarşılıqlı əlaqədə və konkret işlənmə hallarında meydana çıxır… A.Fadeyev sənətkar əməyinin çətinliklərindən bəhs edərək yazırdı: “Yazıçının qarşısında nəhəng söz, anlayış dənizi durur: hər hansı fikrin, obrazın ifadəsi üçün on, on beş, iyirmi söz yada düşür. Lakin necə edəsən ki, gördüyünü, demək istədiyini son dərəcə dəqiqliklə deyə biləsən?”24 (Bax: “O pisatelğskom trude.-İzd.-vo “Sovetskiy pisatelğ”,M.,1958,s281) 20-30-cu illərin görkəmli satira ustaları İlya İlf və Yevgeni Petrov yalnız mövzu, ideya və obraz üçün deyil, hər bir söz üçün də əzablı, arasıkəsilməz mübahisələrlə dolu yaradıcılıq yolu keçmişlər. (L.M.Ənovskaə.Poçemu vı pişete smeşno? İzd.-vo “Nauka”, M.,1969,s138) Yazıçını bьrüyən “ümumxalq dili dənizinin dalğaları sahilsiz və dibsizdir”.(İ.S.Turgenev)26 və s.