- Cəmiyyət, Manşet

Stoltenberq: “NATO Putinə nüvə müharibəsi ilə bağlı xəbərdarlıq edib”

“NATO Rusiya Prezidenti Vladimir Putinə nüvə müharibəsinə başlamamaqla bağlı xəbərdarlıq edib”.

“Report” xəbər verir ki, bunu “Bild” nəşrinə müsahibəsində Alyansın baş katibi Yens Stoltenberq deyib.

“Rusiyanın nüvə qüvvələrinin daha yüksək hazırlıq səviyyəsini görmürük. Putin bilməlidir ki, nüvə müharibəsi qalib gələ bilməz və heç vaxt aparıla bilməz. Rusiyaya açıq mesajımız budur: – NATO bütün üzv dövlətləri müdafiə edir”, – NATO baş katibi deyib.

Stoltenberq həmçinin etiraf edib ki, Ukraynada müharibə illərlə uzana bilər, buna görə də ona dəstək dayandırıla bilməz.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova