- Cəmiyyət

Ukraynada Rusiya musiqisi qadağan edilib

Ukrayna Ali Radası ictimai məkanlarda və KİV-lərdə Rusiya musiqisinin qadağan olunmasını nəzərdə tutan qanunu qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak “Telegram”-da paylaşım edib.

Qanun Rusiya və Belarusdan Ukrayna ərazisinə kitab və nəşr məmulatlarının gətirilməsi və yayılmasına qadağanı da nəzərdə tutur.