- Pritça, Xəbərlər

Tülkünün quyruğu

… Bir tülkünün quyruğunun üstünə düşən daş onu qoparır. Başqa bir tülkü bu tülkünün quyruqsuz olduğunu görür və ondan nə üçün quyruğunu kəsdiyini soruşur. O cavab verir ki, mən özümü belə xoşbəxt hiss edirəm, sanki, havada uçuram. Necə də əyləncəlidir!
… Bu digər tülkünün ağlına batır və o da quyruğunu kəsir. O biri tülkü kimi “xoşbəxt olmaq” yerinə şiddətli ağrı hiss edən və əvvəlki tülkü kimi həzz almayan tülkü soruşur: Nə üçün mənə yalan dedin? O, cavab verir: “Əgər digər tülküləri ağrıdan xəbərdar etsən, onlar quyruqlarını kəsməyəcəklər və daim bizə baxıb güləcəklər, bizə ayıb edəcəklər.
… Beləliklə, onlar rastlaşdıqları hər tülküyə aldıqları həzdən danışırlar və nəhayət, əksər tülkülər quyruqsuz qalır. Sonra onlar quyruqlu tülkü gördükləri zaman ona rişxənd etməyə başlayırlar…