- Cəmiyyət, Xəbərlər

Türkiyəli bloger: “Gəncədə ermənilərin törətdikləri bir insanlıq cinayətidir”

“Qarabağ müharibəsində ermənilərin törətdikləri vəhşilikləri eşitmişdik”.

Bunu Gəncədə xarici blogerlərlə birlikdə Ermənistanın raket hücumlarının baş verdiyi əraziyə baş çəkən türkiyəli fotoqraf-bloger Mustafa Sevən jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, belə bir mənzərə ilə qarşılaşacağını bilmirdi: “Bu, bir insanlıq cinayətidir. Azərbaycan xalqına və dünyaya keçmiş olsun. İnşallah, bu acılar geridə qalar. Bizim gəlişimizin məqsədi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır”. (apa)