- Cəmiyyət, Xəbərlər

Xudafərin sərhəd gömrüyü tezliklə açılacaq

İranla Azərbaycan sərhədində Xudafərin sərhəd gömrüyü yaxın gələcəkdə açılacaq.

Bunu İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin valisi Məhəmməd Rza Purməhəmmədi deyib. Onun sözlərinə görə, bu sərhəd gömrüyünün fəaliyyətə başlaması üçün lazımi addımlar atılıb.

Purməhəmmədi əlavə edib ki, Azərbaycanın Xudafərin sərhədi işğaldan azad edildikdən sonra bu sərhəd gömrüyünün fəaliyyətə başlaması Azərbaycan və İran rəsmiləri tərəfindən diqqət mərkəzində olub.

Vilayət rəsmisi deyib ki, Xudafərin sərhəd gömrüyü İranın Şərqi Azərbaycan vilayətinin iqtisadi və ticarət dövriyyəsinin inkişaf etməsinə ciddi köməklik göstərə bilər. (trend)