- Cəmiyyət

Ukrayna bəzi müdafiə sənayesi obyektlərini Danimarkada yerləşdirəcək

Ukrayna Danimarka ilə bu ölkənin ərazisində yeni birgə hərbi istehsal müəssisələrinin yaradılmasına dair memorandum imzalayıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıxal məlumat verib.

naziri Morten Bodskov və xarici işlər naziri Lars Lökke Rasmussen ilə imzalanmış anlaşma memorandumunda nəzərdə tutulub”, – o “Telegram” kanalında yazıb.

O bildirib ki, sənəd birgə obyektlərin yaradılmasını, texnologiya mübadiləsini, birgə layihələrin həyata keçirilməsi üçün Aİ-nin maliyyə vəsaitinin cəlb edilməsini nəzərdə tutur.