- Cəmiyyət

Ukrayna ordusu daha bir yaşayış məntəqəsini azad edib

Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri Donetsk vilayətinin Volnovaxsk rayonunun Staromayorski kəndini Rusiya ordusundan azad edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramdakı kanalında bildirib.

Dövlət başçısı Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin ölkənin cənubundakı Staromayorsku azad etdiyini əks etdirən video yayımlayıb.

“Bizim cənub! Bizim oğlanlar! Yaşasın Ukrayna”, – Zelenski yazıb.

Öz növbəsində Ukrayna müdafiə nazirinin müavini Anna Malyar kəndin təmizlənməsi barədə məlumat verib.

“İndi müdafiəçilərimiz kəndi təmizləməyə davam edirlər”, – o, teleqram kanalında yazıb.

Qeyd edək ki, iyulun 25-də Ukrayna müdafiəçiləri Rusiya hərbçilərini Donetsk vilayətinin Andreyevka kəndindən də çıxarıblar.

Ukrayna hərbçiləri vilayətin Staromayorski rayonunda cəbhə xətti boyunca 500 metr irəliləyərək uğur qazanıblar.