- Cəmiyyət

Ukraynanın Madriddəki səfirliyinin binasını mühasirəyə alınıb

İspaniya polisi Madriddəki Ukrayna səfirliyinin binasını yenidən mühasirəyə alıb.

“Report” xəbər verir ki, bu barədə “Radio y Television Espanol” teleradio şirkəti məlumat yayıb.

Xatırladaq ki, bu günlərdə Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib. Səfirə ünvanlanmış və içərisində əldəqayırma bomba olan məktubu diplomatik nümayəndəlik rəsmisi açmışdı.