- Mədəniyyət

Filarmoniyada Xalq artisti Rauf Abdullayevin 85 illiyi qeyd edilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti Rauf Abdullayevin 85 illiyi ilə əlaqədar tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, dirijorun sənət dostları, xalq artistləri və bir sıra ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışçılar Xalq artisti Rauf Abdullayevin musiqimizə verdiyi töhfələrdən, repertuarlardan danışıb.

Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri əməkdar artist Fuad İbrahimov və Mustafa Mehmandarovun rəhbərliyi ilə çıxış edib.

Konsertdə M.Musorqskinin “Sərgidən şəkillər” və C.Verdinin “Taleyin yolu” operasından uvertüra səslənib.

Qeyd edək ki, R.Abdullayev 20 ildən artıq bir müddətdə 30-a yaxın opera və balet tamaşalarına dirijorluq edib. Eyni zamanda bir çох ölkələrdə (Rusiya, Almaniya, Hollandiya, İsveçrə, Fransa, Türkiyə, Misir, ABŞ, İtaliya, Dubay və s.) məşhur kоllektivlərdə dirijоr olub. Onun repertuarına Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri də daxildir.