İki oğlan bir yerdə yaşayırdı. Onlardan biri kor idi. Biri onlara üzüm salxımı bağışlayır. Kor oğlan dostuna təklif edir ki, üzüm dənələrin növbə ilə, özü də bir-bir yesinlər. Dostu onunla razılaşır. Bütün üzümləri yeyib qurtarandan sonra kor oğlan deyir: «Sən məni aldatdın, üzümləri üç-üç yeyirdin». Dostu soruşdu: «Axı sən korsan, bunu necə bildin?»
– Çünki mən üzümləri iki-iki yeyirdim, sənsə dillənmirdin.