- Cəmiyyət, Manşet

Zelenski Putinlə hansı kompromislərə getməyə hazır olmadığını bildirib

Rusiya prezidenti Vladimir Putinin Ukraynada guya “neonasistlər”lə bağlı bəyanatı Kreml rəhbərinin “çox qorxunc və təhlükəli addımlar” atmağa qadir olması deməkdir.

Bu barədə Ukrayna prezidenti CNN telekanalına müsahibəsində bildirib.

Vladimir Zelenski vurğulayıb ki, Ukrayna ərazi bütövlüyünü güzəştə gedə bilməz.
“Mən insanlardan başqa heç nədən qorxmuram, amma fakt budur ki, o, bu açıqlamaya ciddi yanaşarsa, çox dəhşətli addımlar ata bilər… Əgər bu məsələdə ciddidirsə (neonasistlərlə bağlı bəyanatlar – red.) , ərazimizi zəbt etməyi öz missiyası hesab edirsə və ölkəmizdə neonasistlərin əlamətlərini görürsə, o zaman çoxlu suallar yaranır ki, o, öz ambisiyaları naminə daha nələr etməyə qadirdir? onun missiyası”, – Zelenski bildirib.

UNİAN-ın məlumatına görə, Vladimir Zelenski Amerika televiziya şirkətinə müsahibəsində deyib ki, Ukraynanın Putinlə danışıqlarda edə bilməyəcəyi kompromislər var.

O, həmçinin bildirib ki, Ukrayna NATO-ya üzv olmayacaq.