Özbəkistanda keçiriləcək “Böyük İpək Yolunun İncisi” XIII Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan film günlərinin proqramı açıqlanıb.
Festivalda bədii və sənədli filmlər nümayiş olunacaq.
Film günlərində rejissor İsmayıl Səfərəlinin “Balıqçının qızı”, Rüfət Həsənovun “Daxili ada”, Əli-Səttar Quliyevin “Olimpiya”, rejissor Kseniya Laqutinanın “Fəridə”, Zaur Qasımlının “İrs” filmləri nümayiş olunacaq. Filmlərin nümayişi Daşkənd, Urgenç və Nukusda baş tutacaq. Paytaxtda filmlərin nümayişi Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək.
Qeyd edək ki, bu beynəlxalq festival 1968-ci ildən bəri keçirilir. (apa)