Hörmüz boğazında neft tankerində partlayış baş verib.
“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.
Bildirilib ki, partlayan tankerin daşınması məqsədilə bir gəmi hazırda Hörmüz boğazının cənub istiqamətində hərəkət edir.
Agentliyinin məlumatına görə, neft tankeri İranın icazəsi olmadan Hörmüz boğazından keçdiyi və qaydaları pozduğu üçün hədəfə alınıb.
“Hadisə ABŞ Prezidenti Donald Trampın neft qiymətlərinin yaxın vaxtlarda azalacağı barədə açıqlaması fonunda baş verib.
Hazırda dünya bazarında neftin qiyməti 104 ABŞ dolları ətrafında dəyişir”, – məlumatda bildirilib.









