- Mədəniyyət

Rusiyanın “Triumf sirki” Bakıda “Hünər meydanı” adlı geniş proqramla çıxış edəcək

Noyabrın 8 və 9-da Rusiyanın “Triumf sirki” Bakı Dövlət Sirkində “Hünər meydanı” adlı geniş proqramla çıxış edəcək.

Qələbəyə həsr olunan proqramın ilk təqdimatı qazi və şəhid ailələri üçün nəzərdə tutulub.

“Hünər meydanı” proqramında sirk sənətinin bütün ekstremal janrları bir araya gələcək. Çıxışlar zamanı hava gimnastları, akrobatlar, kaskadyorlar və klounlar meydanda və batut üzərində öz məharətlərini göstərəcək. İllüziyaçılar nümayiş etdirdiyi nömrələrlə tamaşaçıları darıxmağa qoymayacaq. Çıxışlar müasir dövrün virtuoz mahnıları ilə müşayiət olunacaq.

Allahverdi İsrafilovun rəhbərlik etdiyi “Triumf sirki” şou-proqramların hazırlanmasında böyük təcrübəyə malik bir qrupdur. Sirk fəaliyyət göstərdiyi dövrdə dünyanın müxtəlif ölkələrində qastrol səfərlərində olub. Bakıya səfərə gələcək sirk bu dəfə proqramı daha əlvan etmək üçün müasir texnologiyalara müraciət edəcək. Belə ki, proqram çərçivəsində müxtəlif heyvanların animasiyalı holoqramları təqdim olunacaq. Keyfiyyətli səs və işıq animasiyanı daha da canlı edəcək.

Qeyd edək ki, yanvarın 10-dək davam edəcək şou-proqram həftənin cümə, şənbə və bazar günləri keçiriləcək. (azertag)

 26 Oxunub

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova