“YARAT” Müasir İncəsnət Mərkəzində rejissor Nuh Baumbaxın “Frensis Ha” (2012) filmi nümayiş edilib.
Xronometrajı 82 dəqiqə olanekran əsəri Azərbaycan dilində altyazıları ilə təqdim olunub. Film, rəqqasə olmamasına baxmayaraq, öz xəyallarını gerçəkləşdirmək üçün təcrübəçi qismində rəqs truppasına qoşulan nyu-yorklu 27 yaşlı Frensisdən bəhs edir. Baxmayaraq ki, baş qəhrəmanın xəyalları real həyatı ilə üst-üstə düşmür, o, həyatını izaholunmaz sevinc və rahatlıqla yaşayır… (azertag)