- Mədəniyyət

Direktor: “Moskvadakı Dövlət Şərq Muzeyinin ilk eksponatı Qarabağ xalçası olub”

Moskvadakı Dövlət Şərq Muzeyinin ilk eksponatı Qarabağ xalçası olub.

Bu barədə Dövlət Şərq Muzeyinin direktoru Andrey Sedov məlumat verib.

Onun sözlərinə görə, 1918-ci ildə yaradılan muzeyin demək olar Azərbaycanla sıx bağlılığı var.

“Belə ki, muzeyin birinci eksponatı, 1918-ci ildə muzeyə daxil olan bir nömrəli predmet Qarabağ xalçasıdır. Bu xalçaya muzeyin bir nömrəli invertar adı verilib. Azərbaycan xalçası muzeyə Tver küçəsindəki xalça mağazasından daxil olub. 1918-ci ildə həmin mağaza milliləşdiriləndə Qarabağ xalçasını bizim muzeyə veriblər”, – direktor qeyd edib. (apa)