- Mədəniyyət

“Musiqili proyektor” multimedia şousu təqdim olunacaq

Azərbaycanda ilk dəfə “ART-EAST MEDİA GROUP” şirkətinin təşkilatçılığı ilə “Musiqili proyektor” multimedia şousu təqdim olunacaq. Musiqili şou proqram noyabrın 13-14-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində keçiriləcək.

AZƏRTAC xəbər verir ki, layihə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, “CinemaPlus” kinoteatrlar şəbəkəsi, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə “AVANQARD” kamera orkestrinin ifasında sevilən kinofilmlərin soundtrekləri yeni aranjimanda tamaşaçıları keçmişə aparacaq.

Məşhur filmlərin unudulmaz musiqiləri, parlaq rəqs nömrələri və cizgi filmlərindən tanış fraqmentlər izləyicilərin könlünü oxşayacaq.