- Ədəbiyyat

Qoşmavari nəzm

Şeir yazdım, şair olmaq istədim,
Kağız, qələm… İlhamı da səslədim,
Biri baxdı, ağız büzdü, pislədi,
Söylədi ki, çiydi, dadsız loxmadı.

Bax bu sərbəst, bax bu əruz, bu heca,
Ölçü, bölgü, qafiyəsi cabəca,
İş dirəşib mənasına çatınca,
Ha çevirdim, doğru səmtə axmadı.

Hansı yükü çəkdiyinə baxginən,
Yetişmirsə, əkdiyinə baxginən,
İmarətin  tikdiyinə baxginən –
Adı saray, özü köhnə daxmadı.

 

İmarət Cəlilqızı