- Cəmiyyət

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Məşhur Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Bu barədə Modern.az Azərbaycanın Kanadadakı səfirliyinin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir.

Qeyd olunur ki, şəlalənin mavi-qırmızı-yaşıl tonlarda işıqlandırılması 8 Noyabr – Zəfər Günü və 9 noyabr – Dövlət Bayrağı Gününün qeyd edilməsinə həsr olunub.