- Mədəniyyət

Finlandiya jurnalı Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirdən yazıb

Finlandiyanın “Puolikuu” jurnalında “Azərbaycan Mədəniyyəti Günü” sərlövhəli məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Azər-Türk Gənclər təşkilatının sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovanın təşəbbüsü ilə Helsinki şəhərində keçirilən mədəniyyət tədbirindən bəhs edilib. Bildirilib ki, Finlandiya-Azərbaycan əlaqələrinə həsr olunan yüksəksəviyyəli tədbirdə qonaqlara ölkəmizin zəngin mədəniyyəti və adət-ənənələri barədə geniş məlumat verilib, Azərbaycan musiqisi səsləndirilib və rəqsləri nümayiş etdirilib.