2008-ci ildən 2021-ci ilin ortalarınadək dünya ölkələrində selfi çəkərkən 379 nəfər həyatını itirib.
Trend-in məlumatına görə, bu barədə bir qrup ispaniyalı alimin araşdırmasında deyilir.
Qeyd olunur ki, təkcə 2021-ci ilin ilk yarısında 31 ölüm qeydə alınıb.
Araşdırmalara əsasən, ölkələr arasında ən çox ölüm Hindistanda qeydə alınıb. Bu ölkədə 100 nəfər selfi çəkərkən həyatını itirib. İlk üçlüyü 39 ölümlə ABŞ, 33 ölümlə Rusiya tamamlayır.
Bu müddət ərzində ölənlərin 41 faizi 19 yaşdan aşağı şəxslər olub. Ölənlərin böyük əksəriyyəti (216 nəfər) yıxılma nəticəsində həyatını itirib. 17 nəfər isə vəhşi heyvanların hücumuna məruz qalıb.