- Mədəniyyət

Pantomima Teatrının mart repertuarı açıqlanıb

Azərbaycan Dövlət Pantomima Teatrı mart ayı üçün nəzərdə tutulan repertuarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, martın 5-6-da sənət ocağının səhnəsində “6+1 nömrəli palata” 12-13-də “Undergraund” tamaşaları göstəriləcək.

Bundan başqa, martın 26-27-də isə “Son ştrix” tamaşası nümayiş ediləcək.

Səhnə əsərləri müvafiq olaraq saat 18:00-da təqdim olunacaq.