“Azərbaycan İtaliyanın mədəni irsinin qorunması üzrə bir sıra işlər görür. İtaliya da bu sahədə çalışır”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın XİN başçısı Luici Di Mayo ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
XİN başçısı ölkələr arasında humanitar əməkdaşlığın inkişaf etdirilməsi çərçivəsində İtaliyada Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasının nəzərdə tutulduğunu qeyd edib.
“İtaliya-Azərbaycan Universitetinin açılması istiqamətində də işlər aparılır. Bu universitetin təməlqoyma mərasimi bu gün Bakıda keçiriləcək”, – qeyd olunub.