- Cəmiyyət

Mübariz Qurbanlı: “Xudavəng monastrında olan erməni keşişlər oranı tərk etməlidir”

“Xudavəng monastrında olan erməni keşişlər oranı tərk etməlidir”.

“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, səbəb onların monastra aidiyyatlarının olmamasıdır: “Əminəm ki, onlar oradan çıxıb gedəcəklər. Xudavəng monastrı Qafqaz Albaniyasına məxsus abidədir. Gec-tez Alban-udi icması tərəfindən hər şey yoluna qoyulacaq. Ermənilərin ora aidiyyatı yoxdur”.