- Cəmiyyət

Ağ Ev: “Rusiya, Çin və Şimali Koreya əməkdaşlığı gücləndirir”

“Mövcud dünya nizamı ilə razılaşmayan Rusiya, Çin və Şimali Koreya öz aralarında əməkdaşlığı gücləndirir”.

“Report” xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib.

“Biz Rusiya və Çinin, müəyyən dərəcədə Şimali Koreyanın bir-biri ilə əlaqələrini artırmaq və yaxşılaşdırmaq istəyinin artdığını görürük ”, – Kirbi bildirib.

Kirbi hesab edir ki, dünya qaydalara uyğun qurulmalıdır, lakin onları pozmaq istəyən ölkələr var.