Dünən saat 18:12-də Günəşdə partlayışı qeydə alınıb.
Modern.az xəbər verir ki, məlumata görə, 4549-cu günəş ləkəsi qrupunda (N08W50) rentgen diapazonunda 32 dəqiqə davam edən M1.2 alovlanması qeydə alınıb.
Bir həftə ərzində beş M sinifli günəş partlayışı qeydə alınıb.
Günəş alovlanmaları yaydıqları rentgen şüalanma gücünə əsasən beş sinfə bölünür: A, B, C, M və X. Minimum sinif olan A0.0, Yer orbitində kvadrat metrə 10 nVt radiasiya gücünə uyğundur. Növbəti hərfə keçdikcə güc on dəfə artır. Alovlanmalar günəş plazmasının püskürməsi ilə müşayiət olunur ki, bu buludlar Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilər.









