- Mədəniyyət

Bakıda italiyalı fotoqrafın kitabı təqdim olunub

Bakıda keçirilən “Mədəni irs” forumu çərçivəsində italiyalı ekspert, fotoqraf Fabrisio Kontinin “Agdam Delenda est” kitabı təqdim edilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, kitabda əsasən Ağdam, Cəbrayıl, Füzuli, Şuşa və işğaldan azad olunmuş digər ərazilərimizin təsvirlərindən ibarət fotolar əksini tapıb.

Qarabağın işğal dövründə dağıdılmış, məhv edilmiş muzeylərinin, mədəniyyət ocaqlarının dünya ictimaiyyətinə tanıdılması, təbliğatın gücləndirilməsi baxımından bu nəşr olduqca böyük əhəmiyyət daşıyır.