- Cəmiyyət

Minifutbol üzrə dünya çempionatı: Yarımfinal cütləri müəyyənləşib

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında yarımfinal mərhələsinin cütləri müəyyənləşib.

“Report” xəbər verir ki, bu, Milli Gimnastika Arenasında baş tutan 1/4 final mərhələsinin qarşılaşmalarından sonra bəlli olub.

Macarıstan Mavritaniyanı, Monteneqro Çexiyanı 1:0 hesabı ilə məğlub edib. Azərbaycan Serbiyadan (2:1), Serbiya isə Bosniya və Herseqovinadan (5:0) üstün olub.

Dünya çempionatı

Yarımfinal

Azərbaycan – Monteneqro

Macarıstan – Serbiya

Qeyd edək ki, yarımfinal mərhələsinin oyunları sabah baş tutacaq.