Ötən gecə Rusiya ordusu “Banderol” reaktiv dronları ilə Ukraynanın Xarkov şəhərinə hücum edib. Modern.az xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov məlumat yayıbb.
Onun sözlərinə görə, üç pilotsuz uçuş aparatı şəhərin İndustrial rayonunda yaşayış binalarının yaxınlığına zərbələr endirib. Nəticədə beş yaşayış binasının pəncərələri sınıb, dam örtüklərinə ziyan dəyib.
“Təəssüf ki, ölən var. Bundan əlavə, 8nəfər yaralanıb. Onlardan birinin vəziyyəti çox ağırdır”, – Terexov bildirib.
Xarkov vilayətinin administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, zərbələrdən biri çoxmərtəbəli binaya düşüb.
Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti isə hücum nəticəsində inzibati binada və sənaye obyektində yanğınların baş verdiyini açıqlayıb. Hücum zamanı avtomobillərə də ziyan dəyib.
“Novosti.LIVE”ın məlumatına görə, zərbələrdən biri nəticəsində həlak olan kişi avtomobildə qadın və itlə birlikdə hərəkət edirmiş.
Qadın sağ qalıb, lakin hazırda reanimasiya şöbəsində müalicə olunur. İt də sağ qalıb.








