- Cəmiyyət

Pezeşkian müdafiə naziri postuna yeni namizəd irəli sürüb

İran prezidenti müdafiə naziri postuna yeni namizəd irəli sürüb.

Modern.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Məlumata görə, Pezeşkian müdafiə naziri vəzifəsinə raket proqramları sahəsində təcrübəli mütəxəssis Mehrdad Əxlaqı Kətabaçini namizəd göstərib.

Mehrdad Əxlaqı Kətabaçi İranın raket proqramlarında uzun illər fəaliyyət göstərib. O, daha əvvəl İranın ballistik raket proqramında mühüm rol oynayan və sanksiya siyahılarına daxil edilmiş “Şəhid Baqəri Sənaye Qrupu”na rəhbərlik edib. Məlumata görə, Avropa İttifaqı bu fəaliyyətinə görə Kətabaçiyə qarşı sanksiyalar tətbiq edib. O, müdafiə sahəsində əvvəlki fəaliyyəti ilə əlaqədar da ABŞ-nin sanksiyaları ilə üzləşib.

Qeyd edək ki, İranın əvvəlki müdafiə naziri Əziz Nəsirzadə martın əvvəlində başlayan müharibə zamanı ABŞ və İsrailin zərbələri nəticəsində öldürülüb. Bundan sonra müdafiə naziri vəzifəsini müvəqqəti olaraq səlahiyyətləri icra edən şəxs yerinə yetirirdi. Mehrdad Əxlaqı Kətabaçinin müdafiə naziri vəzifəsinə təyin olunması üçün İran parlamentinin etimad səsini alması tələb olunur.