Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri “Ənsar Allah” hərəkatı (husilər) tərəfindən buraxılmış iki ballistik raketi zərərsizləşdirib.
“Report” xəbər verir ki, bu barədə “Kommersant” Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın nümayəndəsi Türki əl-Malikiyə istinadən məlumat yayıb.
Səudiyyə Ərəbistanının mülki müdafiə qurumunun məlumatına görə, vurulmuş raketlərin qalıqları uşaq bağçası və tibb müəssisəsinin binalarına ziyan vurub. Mümkün zərərçəkənlər barədə məlumat yoxdur.









