Oktyabrın 8-də axşam saatlarında Rusiyanın hücumu nəticəsində Kiyevin mühüm enerji obyektlərindən biri zədələnib.
APA xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal məlumat verib.
“Kiyev şəhəri üçün mühüm enerji obyektlərindən birinə hücum olub. Energetiklər elektrik enerjisini mümkün qədər operativ şəkildə bərpa etmək üçün bütün imkanlarını səfərbər ediblər. Hazırda Rusiya PUA-larının hücumu davam edir və bütün xidmətlər prosesə cəlb olunub”, – Şmıqal “Telegram” kanalında yazıb.
“Ukrenerqo”nun məlumatına görə, hücum nəticəsində Kiyevi elektrik enerjisi ilə təmin edən şəbəkənin bir neçə elementi zədələnib. Bu səbəbdən paytaxtın bəzi rayonlarında çox sayda abonentin elektrik enerjisi ilə təchizatında fasilələr yaranıb.









