Fransanı bürüyən kütləvi etirazlar və şiddətli toqquşmalar fonunda hökumət radikal addımlar atmağa başlayıb.
“Qafqazinfo” xəbər verir ki, oktyabrın 19-dan etibarən ölkənin şimalında yerləşən Lil şəhərində, eləcə də, ətraf, Vattinyi və Dönen şəhərlərində iki gecəlik komendant saatı elan olunub.
Qərara əsasən, məhdudiyyət yerli vaxtla saat 20:00-dan 06:00-dək qüvvədə olacaq. Bu, iğtişaşlar başlayandan bəri tətbiq edilən ilk komendant saatıdır.









