Öz milli dəyərlərinə arxa çevirmək məsələsində bizdə olan qeyrət heç bir xalqda yoxdu. Ana dilinə münasibətimiz buna ən gözəl sübutdur. 70-ci illərdə Azərbaycanda keçirilən siyahıyaalmada Bakıda yaşayan azərbaycanlıların bir neçə yüz mini “ana dili” qrafasında “rusca” yazmışdı.
Millətin ədəbi dilə dərindən yiyələnməsində TV-lərin mühüm rolu var. Çünki onlar hər gün 8 milyonluq audi-toriyaya xitab edirlər. Yəni TV-lər də bir növ dil müəllimidir. Amma təəssüf ki, həmin “müəllimlər” bu gün ədəbi dilin dağıdılması istiqamətində daha böyük “uğurlar” qazanıblar. Bizim TV-ləri başa düşmək üçün bir neçə dil bilmək lazımdı. Çünki onların bəzisinin öz adı, verilişlərin bir hissəsinin adı ingiliscədir: “World football”, “Footbal time”, “Teletime”…Ki-nolar isə əsasən rusca və türkcə olur. Orta statistik azərbaycanlı bu TV-lərin nə demək istədiyini başa düşmək üçün əlinin altında bir neçə lüğət saxlamalıdır: “Rusca-azərbaycanca lüğət”, “Türkcə-azərbaycanca lüğət”, “İnciliscə-azərbaycanca lüğət”, “Azərbay-can dilinin orfoqrafiya lüğəti”, “Azərbaycan dilinin orfoepiya lüğəti” və s. Ona görə bu gündən bir yüngülvari lüğət tərtib etməyə başlayırıq ki, bisavad tamaşaçılarımız TV-nin qənşərində oturanda aciz qalmasın. Eyni zamanda, bu da bir tarixdir. Beləliklə:
“Xəzər” TV–cə – azərbaycanca lüğət
Rüşvətxorcuların İftirası – Rüşvətxorların iftirası
Yusuf Yüzlü – Yusif üzlü
Xarici İşlər Naziri müavini – xarici işlər nazirinin müavini
Xəzər`dən dünyaya – “Xəzər”dən dünyaya
Xəzər – Lənkaran çempionatdan çıxa bilər – “Xəzər-Lənkəran” çempionatdan çıxa bilər
2,82 millyon avroya 32 nəfər iddialıdır – 2,82 milyon avroya 32 nəfər iddialıdır
ANS TV–cə azərbaycanca lüğət
Təbrikini 8445 Göndər – Təbrikini 8445-ə göndər
Cavabı 9955 Göndər – Cavabı 9955-ə göndər
“Çocuklar Duymasın” – “Uşaqlar hiss etməsin”
“Kurtlar Vadisi” – “Qurdlar vadisi”…
İctimai TV–cə – azərbaycanca…
“Bəli, belə bir effekt françüzlər, belə bir efekti deyirlər effekt “yo-yo”. To yest, əgər mən arığlıyıramsa və min kalori potreblyat eləyirəmsə və sabahları min yüz kalori potreblyat eliyirəm, bu, o deməkdi ki, genə də mən kokəlirəm. To yest, jirovaya kletka qotovı postoyanna uveliçivatsa… Vot keçən il siz predpalojim iki min kalori yemək yeyibsiniz. Bu il də iki min yeyirsiniz və sizin damarlar, limfatik damarlar hansı ki kanalizaçsionnı funksiya kimi bizim orqanizmımızda daşıyıcek, to yest bütün nə var şlakları, bütün nə yemişik energetikanı, to yest bizim əsəbimizi i tak daleye atmalıdır çölə… Özünüzə hansısa bir naqruska vermisiniz, artıq çəki olur. Serdçsebiyenie – ürək döyünür tez-tez. Uje onurğa sütununuz düzgün işləmir. Ta pasientka hansı ki, stroynosti ulduz kimi tutur, ora istiyir çatsın, hər şeydən əl atır. Tabletkadan tutmuş, arığlamaq tabletkalardan tutmuş, ondan sonra düzgün fiziki naqruzka olmamış upraj-neniyalardan, tamamilə ac qalır. Bağırsaq həki-minə müraciət edirik, ili jeludoçno-kişeçni traktı, sonra kardio-loqu i tak dalee. Sonra biz başlıyaceyik praqrama düzgün arığ-lamaq…
Piy qat çox lazımdı. Pütün pitatelnı veşşestvalar ordadı. Udarda, i tak daleye sizi qoruyur.
Poka cavansız, bu məsələ həll eləmək lazımdı..
Vot ona görə də poka siz cavansınız, özünə düzgün baxmaq lazımdır, daje duşe, psixoloji olaraq, özünə uverennı olursan, bu gəlir çıxır gözəl bir qadına.
Rus dilində ona görə danışıram ki, İctimai TV hər yerdə baxırlar, Kamçatkada da baxırlar”.
P.S. Əminəm ki, Kamçatkada poliqlot doxturumuzun dediklərini başa düşdülər. Nə eybi, qoy Kamçatka gözəlçələri 90x60x90-a – fransız siluetinə sahib olsunlar. Atalarımız gözəl deyib: “Təki fransız silueti olsun. Kamçatka nə uzaq yoldu?”. Bircə orası qaranlıq qalır ki, Kamçatka gözəlləri Azərbaycan novçavanları ilə göftgu eləyəndə belə mütənasib ölçülərə İctimai TV-nin hesabına malik olduqlarını xatırlayıb ixti-latlarına şəkər qatacaqlar, ya yox?
Bunu demək çətindir.