- Cəmiyyət, Manşet

Azərbaycan əsilli ABŞ hərbçisi Aya göndərilə bilər

ABŞ-da Aya uçuşa namizədlərdən biri məlum olub. Bu, ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) zabiti, Azərbaycan əsilli Ələkbər (Allen) Tərlan oğlu Mirqədirovdur.

AZƏRTAC xəbər verir ki, 42 yaşlı Allen Mirqədirov Bakıda doğulub, paytaxtdakı 45 saylı məktəbi bitirib, 1991-ci ildə isə ailəsi ilə birgə Birləşmiş Ştatlara köçüb. O, ABŞ-da San-Diyeqo Universitetini bitirib, aerodinamikanın incəliklərini öyrənib, daha sonra 10 ildən artıq ABŞ HHQ-də xidmət edib.

A.Mirqədirov 2014-cü ildən Marsa, 2019-cu ildən isə Aya uçuşlara namizəddir. Həmyerlimiz ədəbiyyatla maraqlanır, Yuri Qaqarinin həyatı və Molla Nəsrəddinin lətifələri barədə nəşrlər onun sevimli kitablarıdır.