“Yuventus” klubu finalda “Atalanta”ya qalib gələrək 15-ci dəfə İtaliya Kubokunun qalibi olub.
“Report”un məlumatına görə, Romadakı “Stadio Olimpiko”da keçirilən görüş “qoca sinyora”nın minimalhesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda yeganə qolu 4-cü dəqiqədə Andrea Kambiasonun ötürməsini dəqiq tamamlayan Duşan Vlahoviç vurub. O, 72-ci dəqiqədə ikinci dəfə fərqlənsə də, VAR sistemi oyundankənar vəziyyət qeydə alıb.
“Yuventus” bu turnirdə qazanılan kubokların sayına görə mütləq rekorda sahibdir. Turin təmsilçisinin ən yaxın izləyiciləri “Roma” və “İnter” hərəyə 9 dəfə İtaliya Kubokunun qalibi olublar.