Futbol üzrə dünya çempionatında Braziliya Yaponiyanı məğlub edib.
“Report”un məlumatına görə, Hyuston stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.
Görüşdə hesabı yaponlar açıblar. 29-cu dəqiqədə Kaysyu Sano fərqlənib. Lakin ikinci hissədə toparlanan “sambaçılar” Kazemiro (56) və Qabriel Martinellinin (90+5) qolları ilə qələbəyə seviniblər.
Bu qələbənin ardından 1/8 finala yüksələn Braziliyanın növbəti rəqibi Fildişi Sahili – Norveç cütünün qalibi olacaq.








