- Mədəniyyət

Dövlət Film Fondunda Xalq artisti Eldar Quliyevin xatirəsi anılacaq

Aprelin 15-də Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, kinorejissor Eldar Quliyevin vəfatının ildönümü ilə əlaqədar anım tədbiri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirdə Eldar Quliyevin Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tələbəsi olarkən lentə aldığı iki qısametrajlı bədii film – fondun kolleksiyasına şəxsi arxivdən daxil olmuş “Gözləmə saatı” və Dövlət Film Fondunda elektron bərpa olunmuş “Biri vardı, biri yoxdu…” filmləri nümayiş olunacaq.

Anım tədbiri aprelin 15-i saat 12:00-da Azərbaycan Dövlət Film Fondunda keçiriləcək.