- Manşet, Mədəniyyət

Erməni vandalizmi: faktların dili ilə (X hissə). Azərbaycan ərazilərində qanunsuz inşa edilən erməni xaç rəmzləri

Ermənistan işğal altında saxladığı ərazilərimizin görkəmini dəyişərək tanınmaz hala gətirirlər. Ermənilər Azərbaycan ərazilərində məqsədli şəkildə Azərbaycanın mədəni irs nümunələrini ya tamamilə dağıdıb məhv edirlər ya da sadəcə olaraq erməniləşdirirlər. Bununla da onlar bu torpaqların ermənilərə məxsusluğu barədə yalan məlumatlar yayır, sübut üçün təhrif etdikləri Azərbaycan abidələrini misal göstərirlər. Bu isə öz növbəsində Bəşər Tarixinə və Mədəniyyətinə çox ciddi ziyan vurur.

İndi ermənilər işğal altında saxladıqları ərazilərdə xristian simvollarını əks etdirən nəhəng Monumental qurğular yaradırlar ki, ərazi kənardan müşahidə edildikdə bu ərazilərin xristian əraziləri olduğuna şübhə yeri qalmasın. Bu təhlükəli tendensiyadır. Beynəlxalq hüquqa görə
müharibə cinayətidir. İşğalçılıq siyasəti həyata keçirən ermənilər, işğal etdikləri Azərbaycan ərazilərində xaraba qoyduqları inzibati yaşayış mərkəzlərinin ətrafında, xüsusi ilə yol kənarlarında, uca dağ zirvələrində, keçmiş müalicə istirahət mərkəzlərində, bulaq yaxınlıqlarında və gözəl təbiət
mənzərələri ilə əhatə olunan ərazilərdə kütləvi şəkildə erməni kilsələri və dekorativ bədii həlli olan müxtəlif ölçülü xaç daşları inşa edir və bu torpaqların əzəli erməni torpaqları olduğu barədə beynəlxalq səviyyədə təbliğat işləri həyata keçirirlər.

1
2
Keçmiş Hadrud rayonunun Ballıca (ermənilər Daşuşen adlandırırlar) kəndi yaxınlığında
adsız bir dağın zirvəsində 2016-cı ildə “blistiyaşiy krest”, “şəfəq saçan xaç” quraşdırıblar.
Qurğu dəmirdən hazırlanıb Hündürlüyü 50 metrdir. Bu xaç simvolu gecələr işıq saçaraq
Qarabağın bütün regionlarından görünür.

3
4
Heç indiki Ermənistanın heç bir ərazisində bu hündürlükdə xaç qurğusu yoxdur. Bu
xaçın burada qurulması üçün 10 hektardan çox meşə sahəsi məhv edilərək Azərbaycanın ekologiyasına ciddi
ziyan vurulmuşdur.

5
Xankəndi şəhəri ərazisində 2017-ciildə dəmirdən erməni xaç simvolu ucaldılıb. Bu xaçı Xankəndinin
istənilən küçəsindən müşahidə etmək mümkündür
6
Ağdam rayonu Şahbulaq ərazisində Qarabağ xanlığının iqamətgahı yaxınlığında 2016-cı ildə
quraşdırılan erməni xaçı
7 8
Ağdam rayonu Şahbulaq ərazisində 2016-cı ildə quraşdırılan ikinci erməni xaç daşı;
Laçın rayonunun Minkənd İstisu ərazisində 2011-ci ildə  qurdurulan erməni xaç daşı.

9 10
Zəngilan şəhəri yaxınlığında 2014-cü ildə inşa edilən abidə kompleksi; Keçmiş Ağdərə rayonunun Çərəkdar kəndi
ərazisində 2018-ci ildə qurulan xaç daşı

11
Xocalı rayonunun Əsgəran qəsəbəsi yaxınlığında 2015-ci ildə ucaldılan abidə kompleksi
12          13
Xankəndi şəhərində inşa edilən “erməni soyqrım”ı xatirə kompleksi 2017-ci ildə inşa edilib.
Keçmiş ağdərə rayonunun Talış kəndində 2017-ci ildə inşa edilən xatirə kompleksi.

Ümumilikdə Ermənistan Hökuməti işğal altında saxladığı ərazilərdə bu və ya digər formalı
Monumental qurğular və heykəltaraşlıq nümunələri və erməni terrorçularının xatirəsinə 1500-dən
çox komplekslər inşa ediblər.