- Manşet, Mədəniyyət

Erməni vandalizmi: faktların dili ilə (XI hissə) Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz inşa edilən erməni kilsələri

Ermənistan hökuməti, işğal etdiyi Azərbaycan ərazilərini erməniləşdirməklə, bu ərazilərdə özlərinin həyata keçirdikləri işğalçılıq hərəkətlərinə beynəlxalq səviyyədə bəraət qazandırmaga və bu torpaqları Ermənistana birləşdirməyə çox ciddi şəkildə çalışırlar. Onların düşüncəsinə görə, işğal altında saxladıqları bu ərazilər həm dini, həm mədəni və həm də tarixi baxımdan dünyada erməni millətinə məxsusluğu təsdiq olunmasa, onlar bu ərazilərdə rahat yaşaya bilməyəcəklər. Məhz bu səbəbdən də erməni ideoloqları suni dəlillər düşünüb tapır və bu dəlillər üzərində baş sındıraraq, onun ermənilərə məxsusluğuna dünya ictimaiyyətini inandırmağa çalışırlar.
İşğal olunmuş Azərbaycan ərazilərində toponimlərin və yer adlarının eləcədə, tarixi memarlıq abidələrinin forma və məzmunun dəyişdirilməsi, azərbaycanlıların izlərinin itirilməsi üçün bir çox bədii daş nümunələrinin, türbələrin, qəbristanlıqların, qəbirüstü abidələrin və at-qoç fiqurlarının məhv edilməsi, bu ərazilərdə qeyri-qanuni aparılan arxeoloji qazıntılar zamanı əldə edilən dəlillərin ermənilərə məxsusluğunun təbliği bu qəbildən olan tədbirlərdir ki, həyata keçirirlər. Bu tipli tədbirlər sırasıına, işğal edilmiş Azərbaycan ərazilərinin xaraba qalan
inzibati yaşayış məntəqələrində kilsələrin, erməni xatirə ansambıllarının və xaç daşlarının tikintilərini də daxil edərək, bu iyrənc fəaliyyətlərini daha da “zənginləşdirirlər”. Erməni kilsə xadimləri, ermənilər arasında böyük nüfuza malikdirlər. Uzun illər erməni dövlətçiliyinin olmaması, ermənilərin kilsə ətrafında sıx birləşmələrinə səbəb olmuşdur. Məhz bunun nəticəsində də erməni kilsəsi tək dini ayinlərin icrası ilə qənaətlənməmiş həm də siyasi-ideoloji məsələlərlə məşğul olmuşdur. Onlar sadə ermənilər arasında daim siyasi təbliğat aparır, digər xalqlara qarşı təxribat planları hazırlayır, əhalidən kilsəyə yaxın olan siyasi və hərbi
güclərə dəstək vermələrini tələb edir və bu məqsədlə ianə toplayırlar. Çünki erməni kilsəsi dünyanın aparıcı erməni partiyaları və təşkilatları ilə sıx əlaqəyə malikdirlər və fəaliyyətlərini onlarla razılaşdırırlar. Məhz bu iş birliyi nəticəsində xüsusi ilə XIX və XX əsrlərdə müxtəlif ölkələrdə bir çox terror hadisələri təşkil edilmiş və belə terrorların biri nəticəsində də Azərbaycanın 20% torpaqlarını işğal etmişdir.
Bu idarəçilik sistemi erməni qriqori kilsələri tərəfindən həyata keçirilir. Erməni kilsə sistemində vahid kilsə rəhbərliyi olmadığından bu kilsələr arasında həmişə daxili rəqabət və gərginlik hökm sürür. İndi bir çox erməni din xadimləri erməni kilsəsini, Erməni apostol kilsəsi – adlandırırlar bu kökündən yanlışdır. Erməni kilsəsi Rus mənbələrində doğru olaraq “Erməni qriqoryan kilsəsi” kimi adlandırılır. Hamıya məlimdur ki, Qafqazda apostol kilsəsi alban kilsəsi olub. Çünki albanlar 313-cü ildə xristianlığı qəbul edəndən 270 il sonra bu dini ermənilər qəbul edib.
Bu akademik Ziya Bünyadovun araşdırmalarında da öz əksini tapır. O, dəlillərlə sübut edir ki, ermənilər həqiqətən 583-cü ildə Qriqorinin başçılığı altında xristianlığı qəbul ediblər. Ermənilər apostol deyillər. Ermənilərin apostol olub-olmaması uun məsələ mübahisə mövzusu olmuşdur. Bu mübahisəyə Alban katalikosu Avraam aydınlıq gətirmişdir. Bu məqam Alban katalikosu Avraamın albanlara ünvanlanan məktubunda öz əksini tapır. O yazırdı: “ … Axı erməni kilsəsi qriqoryan kilsəsidir. Yəni öz başlanğıcını Qriqoridən götürür. Qriqori isə məlimdur ki, apostol Yeliseyin şagirdinin şagirdi olub. Əgər Qriqori apostol olmayıbsa, erməni kilsəsi necə apostol
kilsəsi ola bilər”. Bax, məsələdə elə bundadır. Göründüyü kimi ermənilər burada da saxtakarlıq nümayiş etdirirlər.
Tarixi baxımdan nə Dağlıq Qarabağda və nə də işğal olunmuş digər ərazilərimizdə heç vaxt erməni kilsəsi və ya kilsələri mövcud olmamışdır. Dünyanın heç bir arxivindən bunu sübut edə bilən heç bir sənədə rst gəlmək mümkün deyildir. Dağlıq Qarabağda ilk dəfə “erməni kilsəsi” ifadəsinə XX əsrin 70-80-ci illərində rast gəlinir. Bunun isə öz tarixi kökləri var. Belə ki, 1805-ci ildə Qarabağ xanlığını devirən Çar hökuməti öz mənzil qərargahını Şuşa şəhərində yaratdı. Rus əsgərlərinin ibadəti üçün ordu rəhbərliyi xanlığın divanxanasının qülləsindən zəng asdıraraq burada rusların ibadəti üçün şərait yaratdı. Divanxana rus ordusu komandanlığı tərəfindən, ayrı-ayrı zaman kəsiyində bir neçə dəfə təmir edilərək kilsə stilinə uyğunlaşdırıldı. Sonralar Qarabağ xanlığının divanxanası xalq arasında “rus kilsəsi” adlandırılmağa başladı. Bunu hətta o dövrün erməni tədqiqatçılarıda öz əsərlərində təsdiq edirlər. Şuşa şəhərindəki yeganə kilsənin erməni kilsəsi deyil rus kilsəsi olduğunu erməni tarixçisi Zare Melik-Şahnazarov özünün ( Zapiski karabaxskoqo soldata. Moskva 1995) kitabında qeyd edir.
1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti hökuməti qurulduqdan sonra rus hərbçiləri Şuşanı tərk etdilər. Bundan sonra rus kilsəsi 1970-ci ilə qədər baxımsız və istifadəsiz qaldı. Lakin 1980-1990-ci illərdə DQMV-tinin erməni rəhbərliyi Şuşa şəhərindəki Rus kilsəsini təmir etdirərək kilsəni Şuşada yaşayan ermənilərin istifadəsinə verdi. Bundan sonra Qarabağda ermənilərin yeganə ibadət yeri olan bu kilsə tamamilə erməniləşdirildi. Təbii ki bu hadisədən sonra bu kilsə “erməni kilsəsi” adlandırıldı. Ermənilərin 1992-ci il işğalına qədər nə Qarabağda və nə də işğal edilmiş ətraf rayonlarda bir dənə də olsun erməni kilsəsi olmamışdır. Lakin işğaldan sonra ermənilər Şuşa şəhərində 3, Laçın şəhərində 1, Laçın rayonunun Zabux kəndində 1, Şuşa Xankəndi yolunun üzərində 1, Xankəndi şəhərində 2, Əsgəran ərazisində 3, Ağdam rayonunun Şahbulaq qəsrinin yanında 1, Ağdərə şəhərində 1, Hadrud ərazisində 2 erməni kilsəsinin inşa etmələri bizə məlumdur. Bundan
başqa Laçın rayonu ərazisində 10, Kəlbəcər rayonu ərazisində 7, Qubadlı rayonu ərazisində 3, Zəngilan rayonu ərazisində 2, Cəbrayıl rayonu ərazisində 3, Füzuli rayonu ərazisində 2, Ağdərə, Əsgəran, Hadrut və Martuni rayonlarının ərazilərində isə 20 alban dövrü məbədi təmir edilərək erməni kilsəsi statusu verildir. Beləliklə son 20 ildə işğal olunmuş Azərbaycan ərazilərində erməni kilsələrinin sayını Ermənistan hökuməti 58-ə çatdırdı. Bu faktiki olaraq hal-hazırda indiki Ermənistan ərazisində istifadə olunan kilsələrin sayından iki dəfə çoxdur. Ermənilər Qarabağda etnik təmizləmə nəticəsində boş qalan kənd və şəhərlərin ərazilərindəki
islam dini abidələrin (türbələr, məscidlər və s.) xarabalıqları üzərində erməni kilsələri inşa edirlər. Bu misli görünməmiş vəhşilik Qarabağın bütün görkəmini dəyişdirir.
Məsələn Xankəndi şəhərində 2007-ci ildə inşa edilən erməni kilsəsi, xalq arasında “günbəz” adlandırılan bir türbənin qalıqları üzərində inşa edilib. Məlumdur ki, Sovetlər dönəmində Xankəndi şəhərində inanclı ermənilər olmadığından heç kilsə tikməyə də ehtiyac da olmayıb.Ərazi ermənilər tərəfindən işğal edildikdən sonra Qarabağın baş şəhəri olan Xankəndidə üç erməni kilsəsinin tikilməsi narahatlıq yaratmaya bilməz. Bu erməni kilsələri və digər erməni simvolları bu şəhərin gənc erməni şüuruna tarixi erməni şəhəri kimi yeridilir və gənc erməni dünyagörüşündə “böyük ermənistan” ideyası formalaşdırılır.

Yeni tikilən Erməni kilsələri

kilse-1

Bu kilsə işğal dövrü Şuşa Gorus yolu üzərində Laçın rayonunun
Zabux kəndində, Zabux körpüsünün 50 metrliyində ermənilər tərəfindən inşa edilib

kilse-2

Kilsə işğal dövrü Şuşa Gorus yolu üzərində Laçın şəhərindəki Erteis məhəlləsində ermənilər tərəfindən inşa edilib

kilse-3

Bu kilsə işğal dövrü Ağdam rayonunun Şahbulaq ərazisində Şahbulaq qalasının yaxınlığında ermənilər tərəfindən inşa edilib

kilse-4

Bu kilsə işğal dövrü Xocalı rayonunun Əsgəran qəsəbəsinin 200 merliyində ermənilər tərəfindən inşa edilib

kilse-5

Bu kilsənin görünən iki korpusu Şuşa şəhərində ermənilər tərəfindən inşa edilib. Digər görünməyən hissələri xanlıq dövrü tikintilərindən olub.

kilse-6

Şuşa şəhərindəki Bu rus kilsəsi işğal dövrü üç dəfə təmir edilərək erməni kilsəsi kimi istifadə olunurdu.

kilse-7

Erməni kilsəsi Martuni qəsəbəsində 2001-ci ildə inşa edilmişdir.

kilse-8

Bu kilsə işğal dövrü Xocavənd rayonunun Martuni qəsəbəsinin yaxınlığında ermənilər tərəfindən inşa edilib

kilse-9

Ağdərə qəsəbəsində 2006-cı ildə Alban dövrü abidənin memarlıq quruluşu kobud şəklidə dəyişdirilərək erməni kilsəsi adlandırılıb.

kilse-10

Bu kilsə işğal dövrü Xocalı rayonunun Əsgəran qəsəbəsində ermənilər tərəfindən inşa edilib

kilse-11

Bu kilsə işğal dövrü Xocalı rayonunun Xaçmaz kəndi ərazisində ermənilər tərəfindən inşa edilib

kilse-12

Bu kilsə işğal dövrü Xocalı rayonunun Xaçmaz kəndində ermənilər tərəfindən inşa edilib 

kilse-13

Bu zəng qülləsi Xocalı rayonunun Xaçmaz kəndində ermənilər tərəfindən inşa edilib

kilse-14

Xankəndi şəhərindəki bu erməni kilsəsi, islam inancına aid bir türbənin qalıqları üzərində inşa edilib.

kilse-15

Bu kilsə işğal dövrü keçmiş Ağdərə rayonunun Çaylı kəndində ermənilər tərəfindən inşa edilib

kilse-16

Zəng qülləsi Xocalı şəhərindən 2 kilometr cənub şərqdə ermənilər tərəfindən inşa edilib

kilse-17

Şuşa rayonunun Lesaqor kəndi ərazisində inşa edilib

kilse-18 

Xocavənd rayonunun Çartaz kəndində inşa edilib.

kilse-19

Cəbrayıl rayonu ərazisində 2017-ci ildə inşa edilib

kilse-20

Erməni kilsəsi. Şuşa – Füzuli yolunda müsəlman inancına aid bir pirin üzərində inşa edilmişdir. Göründüyü kimi kilsə inzibati yaşayış məntəqələrindən xeyli uzaqda yerləşir.

kilse-21

Erməni kilsəsi. Xocalı rayonunda 2002-ci ildə qeyri-yaşayış ərazidə qədim müsəlman qəbristanlığında inşa edilmişdir. 

kilse-22

Xocalı rayonunun Ballıca qəsəbəsində 2017-ci ildə Alban dövrü abidənin memarlıq quruluşu kobud şəklidə dəyişdirilərək erməni kilsəsi adlandırılıb.

kilse-23

Xocavənd rayonunun Binə kəndinin xarabalıqları arasında iki erməni kilsəsi tikilib.