- Maraqlı

Fironun üzü bərpa edilib

Misirin ən güclü fironlarından biri olan II Ramzesin üzü hökmdarın ölümündən 3 200 il sonra bərpa edilib.

Modern.az xəbər verir ki, II Ramzesin üzünün bərpası üzərində Misir və Böyük Britaniyadan olan mütəxəssislər çalışıb.

Belə ki, onlar Misir hökmdarının kəllə sümüyünün 3D modelindən istifadə edərək onun cizgilərini canlandırıblar.

Qahirə Universitetinin ekspertlərindən biri olan Səhər Səlim qeyd edib ki, II Ramzesin siması gözəl olub.

Lakin alimlər hökmdarın saçının, gözünün və dərisinin rəngi haqqında məlumat toplaya bilmədikləri üçün müəyyən problemlərlə də üzləşiblər.

Bundan əlavə, qeyd olunur ki, həmin tədqiqatçılar hazırda Misir hökmdarı haqqında bizə gəlib çatmış yazılı mətnləri də tədqiq edirlər.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova