- Cəmiyyət, Manşet

Kaluqa vilayətindəki elektrik yarımstansiyası yanır, hava məkanı bağlanıb

Rusiyanın Kaluqa vilayətinin hava məkanı bağlanıb.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hava məkanının bağlanmasının səbəbi hələ ki, məlum deyil.

Qeyd edək ki, bu səhər ərazidəki elektrik yarımstansiyalarından birində partlayış baş verib.

09.42

Rusiyanın Kaluqa vilayətindəki elektrik yarımstansiyalarından biri yanır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə vilayət qubernatoru Vladislav Şapşa məlumat yayıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Hadisə nəticəsində bir neçə yaşayış məntəqəsi işıqsız qalıb, ölən və ya xəsarət alan yoxdur.

Yanğının başvermə səbəbləri araşdırılır.