- Mədəniyyət

“Kontrabas” tragikomediyası nümayiş ediləcək

Fevralın 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində Patrik Zyuskindin “Kontrabas” tragikomediyası nümayiş olunacaq.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru, Azərbaycanın Xalq artisti İrina Perlovadır. Səhnə əsərində kontrabasçı rolunu Azərbaycanın və Rusiyanın Kalmıkiya Respublikasının Əməkdar artisti Şövqü Hüseynov ifa edəcək.