- Cəmiyyət

Nensi Pelosi Ermənistana gəlib

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi İrəvana gəlib.

APA xəbər verir ki, bu barədə “armenpress” məlumat yayıb.

Bildirilib ki, Pelosi və onun rəhbərlik etdiyi nümayəndə heyətini daşıyan təyyarə “Zvartnots” hava limanına eniş edib.

Qeyd edək ki, Nensi Pelosi iki günlük səfəri çərçivəsində Baş nazir Nikol Paşinyan və digər yükəsk səviyyəli rəsmilərlə görüşlər keçirəcək.