- Cəmiyyət

Ötən ay dissertasiya müdafiə edənlərin sayı açıqlanıb

Bu ilin may ayı üzrə 73 nəfər dissertasiya müdafiə edib.

APA-nın Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına istinadən verdiyi xəbərə görə, dissertasiya işlərindən 38-i elmi müəssisələrdə, 35-i ali təhsil müəssisələrində müdafiə olunub.

63 nəfər fəlsəfə doktoru, 9 nəfər isə elmlər doktoru dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

Ən çox dissertasiya müdafiəsi filologiya elmləri üzrə (16), ən az isə hər birində 1 olmaqla memarlıq, kimya, aqrar elmlər və coğrafiya üzrə olub.